Şahin Diniyev: "Uşaqlar hazırlıq dövrünə ciddi yanaşırlar"
İdman
22 İyul 2017 14:34

Şahin Diniyev: "Uşaqlar hazırlıq dövrünə ciddi yanaşırlar"


Türkiyədə məşq edən "Kəpəz" səylə yeni mövsümə hazırlaşır. Təlim-məşq toplanışının gedişi ilə bağlı komandanın baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Diniyev ilk öncə Ərzurumdakı hazırlığı dəyərləndirib: "Mövsümün əvvəlində fiziki təməlin qoyulması üçün bu təlim-məşq toplanışı bizim görə çox vacibdir. Çünki indi görülən iş, qoyulan təməl çempionat ərzində komandaya yardımçı olacaq. Futbolçuların fiziki baxımdan hazırlanması üçün mütləq yaxşı hazırlıq olmalıdır. Bizim Ərzurumu seçməyimiz də təsadüfi deyil. Burada hava sərindi, uyğun şərait var və komanda üçün dəyərli toplanış olacaq. Premyer Liqa oyunlarında Türkiyə hazırlığının bəhrəsini görəcəyik".

"Kəpəz" dünən ilk yoxlama oyununa çıxıb. Komandanı qarşıda daha iki belə görüş gözləyir: "Əlbəttə, fiziki işin, yorğunluğun fonunda yoxlama oyunlarından nəticə gözləmək düzgün olmaz. Ya sınaq oyununa hazırlaşıb nəticə verməliyik, ya da ki, çempionatda uğurlu çıxış etmək üçün öz işimizi görməliyik. Oyun olan günü də oyunçulara fiziki məşqlər keçirilir. Matçın nəticəsi bir o qədər önəmli deyil, əsas futbolçuların durumu bizə maraqlıdır. Ayrı-ayrı mövqelərdə olan problemlərimiz üzərində çalışırıq və futbolçuları belə matçlarda  yoxlayacağıq. Dəyişikliklər olacaq. Udub-uduzmaqdan qorxmuruq, hər bir oyunçunun potensialına yaxından bələd olmaq üçün bu yoxlama oyunları vacibdir. Təbii ki, komandada qələbə ruhunun olmasını istərdim. İstəsək və istəməsək belə futbolçuların özünə inamı artırması üçün nəticə də mütləqdir. Amma məşqçi kimi mən nəticəyə yox, uşaqların göstərdiyi performansa fikir verəcəm. Məni mövqelərdə hansı oyunçudan necə yararlanacağımız maraqlandırır. Sınaq görüşləri həm də əsas heyəti formalaşdırmaq üçün lazımdır".

Şahin Diniyev yetirmələrinin hazırlığa necə yanaşmasından da danışıb: "Məni sevindirən məqam oyunçuların məsuliyyəti dərk etməsidir. Uşaqlar hazırlıq dövrünə ciddi yanaşırlar, son iki mövsümdə bizdə əla kollektiv olub, elə indiki heyət də ondan geri qalmır. Komandanın məqsədi futbolçulara aydındır. Peşəkardırlar, çox şeyi deməyə ehtiyac yoxdur. Verilən tapşırıqları istədiyimdən də artıq yerinə yetirirlər. Yeni gələn yerli və legioner oyunçular komandanın ab-havasına uyğunlaşıblar, öz üzərlərində ciddi işləyirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08