"Deutsche Bank" yenidən cərimələnib
İqtisadiyyat
22 İyul 2017 15:01

"Deutsche Bank" yenidən cərimələnib


Bakı. 22 iyul. REPORT.AZ/ Almaniyanın "Deutsche Bank" və ABŞ-ın "JP Morgan Chase" bankları LİBOR və "Euroyen Tibor" faiz dərəcələri ilə manipulyasiya səbəbindən 148 mln. dollar məbləğində cərimələnib. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, "Deutsche Bank" ABŞ hökumətinə 77 mln. dollar, "JP Morgan Chase" isə 71 mln. dollar cərimə ödəyəcək. Belə bir cəriməni daha əvvəl "Citigroup" (25 mln. dollar) və "HSBC" (35 mln. dollar) ödəyib.
Qeyd edək ki, LİBOR - London banklararası faiz dərəcəsi, TİBOR isə Tokio banklararası faiz dərəcəsini əks etdirir. Bu faizlərdən çox vaxt kredit dərəcəsinin təyin edilməsində istifadə edilir.
Xatırladaq ki, bundan əvvəl "Deutsche Bank" iki dəfə ABŞ hökuməti tərəfindən cərimələnib. Buna səbəb valyutadəyişmə qaydalarının pozulması və "Volker" prinsiplərinə əməl edilməməsi faktları olub. Qeyd edək ki, "Volker" qaydaları ABŞ-da fəaliyyət göstərən banklara öz hesablarına qiymətli kağızlarla əməliyyat aparmağı qadağan edir.
FED "Deutsche Bank"ı 2008-ci il maliyyə böhranı öncəsi qiymətli kağızlarla manipulyasiya etdiyi üçün 7,2 mlrd. dollar cərimə edib. İttihamları aradan qaldırmaq üçün bank 3,1 mlrd. dollar, amerikalı müştərilərə vurduğu ziyana görə isə 4,1 mlrd. dollar cərimə ödəyib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi "Deutsche Bank"ın törəmə şirkəti (subsidiary) - "Deutsche Asset & Wealth Management International GmbH."nın idarəetməsinə verilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13