Markov: "Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinə təzyiqi gücləndirir"
Ölkə
22 İyul 2017 15:14

Markov: "Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinə təzyiqi gücləndirir"


Azərbaycan Rusiyanın da daxil olduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinə təzyiqi gücləndirir.

Milli.Az bildirir ki, bunu Trend-ə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin ötən gün Soçidə baş tutan görüşünü şərh edərkən deyib.

S.Markov deyib: "Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrindən sadəcə daha çox fəaldır. ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri - Fransa və ABŞ heç bir iş görmürlər".

Onun sözlərinə görə, əgər görüş barədə anons edilmirsə, bu ondan xəbər verir ki, görüş qısa olacaq və hansısa məsələ dərhal həll edilməlidir.

Ekspert bildirib ki, Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsidən sonra Azərbaycan ictimaiyyətinin təzyiqi o qədər böyükdür ki, rəhbərlik bunu vasitəçi ölkələrə çatdırmalı, danışıqlar yenə dondurularsa, hansısa tədbirlər görülməlidir.

S.Markov deyib: "Azərbaycan rəhbərliyi Rusiya rəhbərliyindən Ermənistanı danışıqlar masasına qaytarmaq məqsədilə bu ölkə rəhbərliyinə təzyiq göstərməyi xahiş edir".

O qeyd edib ki, məlumdur ki, Ermənistan rəhbərliyi danışıqların əleyhinə deyil, lakin məzmunlu danışıqların əleyhinədir və danışıqlarda yalnız danışıqlar xatirinə iştirak etmək istəyir: "Prezident İlham Əliyev isə məzmunlu şəkildə irəliləyiş istəyir və bu irəliləyiş necə gedəcək, nədən ibarət olacaq, növbəti danışıqlar nə zaman olacaq - məncə ötən gün məhz bu məsələlər Rusiya və Azərbaycan prezidentləri arasında müzakirə olunaraq razılaşdırılıb",

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08