Balakəndə qədim Alban məbədi aşkarlanıb
Ölkə
22 İyul 2017 15:46

Balakəndə qədim Alban məbədi aşkarlanıb


Balakən. 22 iyul. REPORT.AZ/ Balakən rayonunun Tülü kəndində aparılan arxeoloji qazıntılar nəticəsində Alban məbədinin qalıqları aşkarlanıb. 
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Tülü kəndində Tülü türbəsi kimi qeydiyyata düşmüş abidə ətrafında aparılan arxeoloji qazıntılar və təhqiqatlar nəticəsində bir sıra mühüm tarixi faktlar ortaya çıxıb.
Ərazidə tədqiqatlar aparan alimlər bildiriblər ki, uzun illər Türbə kimi tanınan bu abidənin əslində erkən orta əsrlərə aid Alban məbədi olduğu öz təsdiqini tapıb.
Onların sözlərinə görə, təqribən 150 kvadratmetr ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində ümumi uzunluğu 12,7 metr, eni isə kənarlardan 6,7 və 7,4 metr olan erkən xristianlıq dövrünə aid olduğu güman edilən məbəd aşkarlanıb. Yaxın gələcəkdə tarixi abidənin kompleks şəklində tədqiq edilərək, neçənci əsrlərdə inşa edilməsi aydınlaşdırılacaq.









loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08