"Azərbaycan və Rusiya prezidentlərinin görüşü əməkdaşlığın inkişafı üçün müsbət nəticə verəcək"
Ölkə
22 İyul 2017 15:54

"Azərbaycan və Rusiya prezidentlərinin görüşü əməkdaşlığın inkişafı üçün müsbət nəticə verəcək"


Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin işgüzar səfər çərçivəsində görüşü iki ölkə lideri arasında etibarlı əlaqələrdən xəbər verir.

Milli.Az bildirir ki, bunu Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov dövlət başçılarının Soçidəki görüşünü şərh edərkən deyib: "İki ölkə arasında əlaqələr strateji xarakter daşıyır və bu görüşün etimad şəraitində keçirilməsi onu deməyə əsas verir ki, burada aktual regional və beynəlxalq məsələlər nəzərdən keçirilib".

Ekspertin sözlərinə görə, görüşdə Xəzərdə əməkdaşlıq, onun statusu ilə bağlı məsələlər müzakirə edilib: "Məlumdur ki, Xəzərin statusu ilə bağlı Konvensiya üzərində iş tamamlanmaq üzrədir".

E.Ələsgərov əlavə edib ki, Azərbaycan və Rusiyanı bir çox sahələrdə əməkdaşlıq birləşdirir - siyasi sahədə münasibətlər yüksək səviyyədədir, hər iki ölkə biri-birini beynəlxalq platformada dəstəkləyir, sıx iqtisadi və hərbi-siyasi əlaqələr mövcuddur: "Sözsüz ki, Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi aktualdır. Ermənistan Azərbaycan və Rusiya arasında səmimi əlaqələrin qurulmasına mane olmağa çalışır, amma səfərin yekunları ondan xəbər verir ki, bütün bu səylər nəticəsizdir - Rusiya və Azərbaycan əlaqələrin inkişafına köklənib və hər iki prezident Soçidəki görüşdə bütün sahələrdə, o cümlədən regional layihələr çərçivəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

Ekspert qeyd edib ki, səfər Rusiya-Türkiyə əlaqələrinin, eləcə də Azərbaycan-Rusiya-Türkiyə, Rusiya-Azərbaycan-İran üçtərəfli formatının inkişaf etdiyi dövrə təsadüf edib və şübhəsiz ki, iki liderin görüşü bu əlaqələrin inkişafına da müsbət nəticə verəcək.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13