Nüfuzlu banklar Avropadakı mərkəzi ofislərini Londondan çıxarır
İqtisadiyyat
22 İyul 2017 16:56

Nüfuzlu banklar Avropadakı mərkəzi ofislərini Londondan çıxarır


Bakı. 22 iyul. REPORT.AZ/ Dünyanın daha bir nüfuzlu bankı Avropadakı baş ofisini Londondan çıxarır. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, ABŞ-ın "Bank of America" (BofA) bankı baş ofisini İrlandiyanın paytaxtı Dublinə köçürəcəyini bildirib. Dublinə Bankın İnvestisiya bankçılığı Departamenti köçəcək. Bu barədə Bankın baş icraçı direktoru Brayan Moynihan (Brian Moynihan) açıqlama yayıb. O, Dublinə neçə işçinin gedəcəyini bildirməyib. Qeyd edək ki, hazırda "BofA"-nın London ofisində 4 500, Dublin ofisində 700 işçi çalışır.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın digər nüfuzlu bankı olan "Morgan Stanley" Avropa üzrə baş ofisini Londondan Frankfurta köçürəcəyi barədə xəbər yayıb. "Bloomberg" agentliyinin məlumatına görə, ilkin mərhələdə Bankın broker biznesinin köçürülməsi nəzərdə tutulub.
"Ernst & Young" konsaltinq şirkətinin hesabatında bildirilir ki, bir çox bank baş ofisini məhz Dublinə köçürmək istəyir. "Ernst & Young" əməkdaşlıq etdiyi 222 şirkətdən 59-nun artıq Avropa İttifaqında ofis açmaq və ya işçiləri mövcud ofislərə köçürmək istədiyini bildirib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08