Jeff Bezos yeni raket istehsalı zavodunu təqdim etdi - VİDEO
Dünya
22 İyul 2017 17:14

Jeff Bezos yeni raket istehsalı zavodunu təqdim etdi - VİDEO


"Blue Origin" və "Amazon" şirkətlərinin CEO-su Jeff Bezos, Floridada yeni zavodunun inşası videosunu öz Instagram səhifəsində təqdim edib.

Milli.Az technote.az-a istinadən xəbər verir ki, bu zavod, bir çox istifadə üçün nəzərdə tutulmuş New Glenn orbital raketinin istehsalı üçün nəzərdə tutulub. Son aylar Jeff Bezos, 82 metr hündürlükdə olacaq New Glenn adlı ikipilləli orbital raketi haqqında planlarını üzə çıxartmağa başlayıb. Bu raket, aşağı səviyyəli orbitə 45 ton, daha yüksək orbitə isə 13 ton ağırlığında yük qaldırmaq qabiliyyətinə sahib olacaq. Mühəndislərin planlarına əsasən sözügedən raket, çoxistifadəli olacaq. Raketin ölüçüsünün böyük olması səbəbilə onu, Vaşinqton ştatında yerləşən zavodda istehsal etmək qeyri mümkündür. Buna görə də "Blue Origin" şirkəti bu istehsalı iki zavod arasında bölmək niyyətindədir. Belə ki, raketin mühərriki BE-4, Alabama ştatındakı zavodda istehsal olunacaq, raketin yığılma prosesi isə Floridada inşa edilən yeni zavodda aparılacaq. Həmin yeni zavodun inşası haqqında videonu Bezos öz Instagram səhifəsində təqdim edib. İndiyənə kimi raket inşası, Bezos üçün sadəcə olaraq hobbi xarakteri daşıyırdı və o bu sahəyə hər il 1 milyard dollar investisiya yatırır. New Glenn raketinin ilk uçuşları 2019-cu ilin sonunda və ya 2020-ci ildə baş tutacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Jeff Bezos, özünün yeni raket istehsalı zavodunu təqdim etdi

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13