Lent.az-ın layihələrindən daha biri kitab oldu: “Kod adı: “REY””
Digər
22 İyul 2017 19:12

Lent.az-ın layihələrindən daha biri kitab oldu: “Kod adı: “REY””


Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun Lent.az saytının “Kəşfiyyatçının xatirələri” layihəsində yayımlanmış yazıları əsasında hazırlanan “Kod adı: “Rey”” kitabı işıq üzü görüb.

 

Kitabda müəllifin 2012-2013-cü illərdə Lent.az saytında yayılmış döyüş xatirələri yer alıb. Xatirələr müəllifin 1991-92-ci illərdi Qarabağ müharibəsində iştirakçısı olduğu hadisələrdən bəhs edir.

 

“Qanun” nəşriyyatında hazırlanıb çap edilən kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhməddir. 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.

 

“Lent.az-ın kitabxanasından” silsiləsindən nəşr edilən kitab yaxın günlərdə satışda olacaq. 

Xatırladaq ki, R.Kərimoğlu 1991-93-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi çağırış kodu elə öz adı - “REY” olub.

 

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22