Böyrək səbəbli arterial təzyiq
Ölkə
22 İyul 2017 19:24

Böyrək səbəbli arterial təzyiq


Böyrək səbəbli arterial təzyiqin olmasının tibbdə renovaskulyator arterial hipertenziya adlanır. Xəstəlik hər iki böyrəyin arterial qanla təchizatının pozulması nəticəsində əmələ gəlir. Xəstəlik ən çox 40 yaşdan yuxarı şəxslərdə rast gəlinir.
Xəstəliyin əmələ gəlməsinə böyrək arteriyalarının aterosklerotik stenozu, bəzi hallarda fibromuskulyar displaziyasıdır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, renovaskulyator arterial hipertenziya yalnız baş böyrək arteriyasının deyil, həmçinin böyrəklərin tək-tək seqmentlərini qanla təchiz edən böyrək arteriyasının kiçik şaxələrinin aterosklerotik zədələnməsi nəticəsində meydana çıxa bilir.
Böyrək səbəbli arterial təzyiqin qalxmasına səbəb böyrək arteriyasının birtərəfli daralması nəticəsində böyrəklərin hormonal sisteminin və sinir sisteminin pozulmasıdır.
Xəstəlik daima yüksək olan arterial təzyiq, kreatinin artması və böyrəklərin funksiyasının pozulması ilə müşayiət olunur və təzyiq terapiyaya tabe olmur.
Diaqnoz angioqrafiyanın, uroqrafiyanın, radionuklid renoqrafiyanın nəticələrinə əsaslanır.
Müalicə 2 istiqamədə aparılır:
1. Arterial təzyiqə nəzarət.
2. Böyrəklərin funksiyasının yaxşılaşması.
Müalicə həm cərrahi, həm də medikamentoz üsulla aparılır. Angioplastika və cərrahi müdaxilənin nəticələri yaxşılaşdıqca dərman müalicəsinin əhəmiyyəti azalır. Buna baxmayaraq arterial təzyiq nəzarət altında saxlanırsa, böyrəklərin funksiyası pozulmursa, xüsusən də yaşlı şəxslərdə medikamentoz müalicə uzun müddət davam edir. 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08