Bakıda sürücü nömrəyə müdaxilə etdiyi üçün cəzalandırılıb - VİDEO
Ölkə
22 İyul 2017 21:04

Bakıda sürücü nömrəyə müdaxilə etdiyi üçün cəzalandırılıb - VİDEO


Bakıda bir sürücünün avtomobilin dövlət qeydiyyat nişanına əlavə hərf yazdığı aşkarlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 99 EX 551 dövlət nömrə nişanlı minik avtomobilinin nömrəsinə müdaxilə edərək, "S" hərfi əlavə edən sürücü Anar Şükürov saxlanılıb. Sürücü bu hərəkəti ilə dövlət nömrə nişanına müdaxilə edərək onu standartdan kənar vəziyyətə gətirib.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun "Xəzər Xəbər"ə verdiyi məlumata görə, artıq sürücü müəyyənləşdirilərək avtomobili cərimə meydançasına salınıb.
"Xəzər Xəbər"in əldə etdiyi digər bir məlumata görə isə, sürücü iddia edir ki, onun bu müdaxilədən xəbəri yoxdur. Kimlərsə avtomobil duracaqda olan zaman belə bir xoşagəlməz zarafat edib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08