Azərbaycanlı cüdoçu Hidayət Heydərov Minskdə erməni rəqibinə qalib gəlib
İdman
22 İyul 2017 21:16

Azərbaycanlı cüdoçu Hidayət Heydərov Minskdə erməni rəqibinə qalib gəlib


Bakı. 22 iyul. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə cüdo üzrə Avropa açıq çempionatına start verilib.
Yarışın ilk günündə millimizin çıxışı uğurlu alınıb. Belə ki, cüdoçularımız 2 qızıl medal qazanıblar.
66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə və 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Belarusda Azərbaycan bayrağını dalğalandırıblar.
Hidayət Heydərov yarımfinalda Ermənistan cüdoçusu Arsen Qazaryanı məğlub edib.
Xatırladaq ki, 46 ölkədən 411 (285 kişi, 126 qadn) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08