Konqres Trampı buna məcbur etmək istəyir
Digər
22 İyul 2017 21:17

Konqres Trampı buna məcbur etmək istəyir


ABŞ Konqresi müttəfiq ölkələrin enerji təhlükəsizliyinin qorunması üçün prezident Donald Tramp administrasiyasını Aİ-yə enerji ehtiyatlarının tədarükünü prioritet saymağa məcbur etmək niyyətindədir.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran və Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsində bildirilir.   

 

“Bloomberg”in məlumatına görə, qanun layihəsi 25 iyul tarixində Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq.  

 

“Müxtəlif mənbələr, tədarükçülər və marşrutların təmin etdiyi fərqli və azad enerji bazarlarının işlənilməsi vasitəsi ilə enerji təhlükəsizliyin qorunması üçün ABŞ siyasəti çərçivəsində Aİ-yə üzv ölkələr və qurumları ilə çalışmaq gərəkdir”, - deyə sənəddə bildirilir.  

 

“ABŞ-ın müttəfiqlərinə dəstək vermək və ölkənin xarici siyasətini gücləndirmək üçün hökumət enerji resurslarının ixracını prioritet etməlidir”, - deyə qanun layihəsində qeyd edilir.   

 

Bundan başqa, Konqres “Şimal axını-2” layihəsinin Aİ, Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinə, habelə Ukraynadakı enerji islahatlarına mənfi təsir göstərdiyi üçün bu layihəyə qarşı çıxış etməyi təklif edir. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22