Azərbaycan cüdoçuları Avropa kubokunda uğurlu çıxış edirlər
İdman
22 İyul 2017 22:06

Azərbaycan cüdoçuları Avropa kubokunda uğurlu çıxış edirlər


Bakı. 22 iyul. REPORT.AZ/ Çexiyanın paytaxtı Praqa şəhərində yeniyətmələrin cüdo üzrə Avropa kuboku keçirilir.
"Report"un məlumatına görə, Azərbaycan cüdoçuları bu mötəbər yarışda uğurlu çıxış edirlər. Yeniyetmə cüdoçularımız 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq ilk gündə maksimum nəticə əldə ediblər.
Rəşxan Baxşəliyev (55 kq), Əhməd Yusifov (60 kq), Nəzakət Əzizova (52 kq) qızıl, Rövşən Əliyev (55 kq), Kəramət Hüseynov (60 kq), Hasil Cəfərov (73 kq), Leyla Əliyeva (48 kq) gümüş, Balabəy Ağayev (55 kq), İsmayıl İbrahimov (66 kq), Yaqub Cavadov (66 kq) və Murad Fətiyev (73 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, 27 ölkədən 308 (177 oğlan, 131 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunur.









loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08