Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb
Dünya
23 İyul 2017 3:12

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb


Bu gün Misirdə Aralıq dənizi sahilində İsgəndəriyyənin qərbində yerləşən Al-Hamam şəhərində “Məhəmməd Nacib” hərbi bazasının açılış mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, mərasimdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ərəb və digər ölkələrin rəsmi şəxsləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak ediblər. Misirin ilk prezidentinin şərəfinə adlandırılan “Məhəmməd Nacib” hərbi bazası Yaxın Şərqdə və Afrikada ən böyük hərbi bazadır. 

Misir Prezidenti dövlət bayrağını qaldırıb və müxtəlif ixtisaslar üzrə ali hərbi məktəblərin məzunlarının paradını qəbul edib. Hərbi bayramın ən maraqlı məqamı Misir Hərbi Hava Qüvvələrinin “Gümüş ulduzlar” yüksək pilotaj qrupunun çıxışı olub.

Bazanın ərazisində mindən çox tikili, o cümlədən kazarma, zabit heyəti üçün yaşayış binası, idman obyektləri, hərbi təlim meydançaları var. Bazada hərbi texnika, o cümlədən yüzlərlə tank, vertolyot, kater, hava hücumundan müdafiə sistemi yerləşdirilib.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13