Şəkidə iki nəfər dərmandan zəhərləndi
Ölkə
23 İyul 2017 10:08

Şəkidə iki nəfər dərmandan zəhərləndi


Şəkidə iki nəfər dərmandan zəhərlənib.

Publika.az bildirir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya məlumata görə, bu gecə saat 01:00 radələrində Şəki şəhəri, Novruz küçəsi ev 15 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Məryəm Vahid qızı Əlimova, 03:30 radələrində isə Şəki şəhəri S. Ə. Şirvani küçəsi ev 17 ünvanında yaşayan, 1982-ci il təvəllüdlü Elşən Rüstəm oğlu Osmanov dərman zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.

Müayinə zamanı məlum olub ki, M. Əlimova dozadan artıq ağrı kəsici dərman, E. Osmanov isə dozadan artıq əsəb sakitləşdirci dərman qəbul edib. M. Əlimovanın vəziyyəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Vəziyyəti orta-stabil qiymətləndirilən E. Osmanovun müayinə və müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08