"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub edib
İdman
23 İyul 2017 10:56

"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub edib


Bakı. 23 iyul. REPORT.AZ/ "Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"a qalib gəlib.
"Report" xəbər verir ki, görüş Amerikanın İst-Ruterford şəhərində baş tutub və görüş kataloniyalıların 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Matçı stadionda 82 min 104 tamaşaçı izləyib.
Oyunun 15-ci dəqiqəsində Neymar ispan komandasını hesabda irəli çıxarıb, birinci hissənin ortalarında isə braziliyalı hücumçu dublunu rəsmiləşdirib.
"Yuventus"un müdafiəçisi Corco Kyellini 62-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb, lakin turinlilər bundan artığına nail ola bilməyiblər.
Turnirin növbəti oyununda "Barselona" "Mançester Yunayted"lə, "Yuventus" PSJ ilə qarşılaşacaq. Hər iki oyun iyulun 27-də keçiriləcək.
Beynəlxalq Çempionlar Kuboku
"Barselona" – "Yuventus" - 2:1
1:0 – Neymar – 15, 2:0 – Neymar – 26, 2:1 – Kyellini – 63

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13