"Qarabağ" - "Şerif" oyununa hakim təyinatları açıqlandı
İdman
23 İyul 2017 11:44

"Qarabağ" - "Şerif" oyununa hakim təyinatları açıqlandı


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Şerif" oyununun təyinatları açıqlanıb.

Milli.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Sergey Tsinkeviç olacaq. Ona yan xəttlərdə Yevgeni Romanov və Vitali Malyutin kömək edcəcək. Dördüncü hakim funksiyasını Viktor Şumusik yerinə yetirəcək. Hakimlərin işinə bolqarıstanlı İçko Lozev qiymət verəcək. Matçın UEFA nümayəndəsi qazaxıstanlı Kuaniş Kanapyanov olacaq.

Qeyd edək ki, iyulun 25-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13