"Körfəzdə böhranın davam etməsinin heç bir mənası yoxdur"
Dünya
23 İyul 2017 12:14

"Körfəzdə böhranın davam etməsinin heç bir mənası yoxdur"


"Körfəzdə böhranın bundan sonra da davam etməsinin heç bir mənası yoxdur. İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri kimi böhranın aradan qaldırılması üçün səy göstəririk".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Fars körfəzinin üç ölkəsinə - Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfərə başlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

Küveytin Qətər böhranının həlli istiqamətində səylərini dəstəkləyən Türkiyə prezidenti ilk öncə Səudiyyə Ərəbistanına səfər edəcəyini bildirib: "Səudiyyə Ərəbistanına Körfəzdə böyük qardaş kimi böyük missiya düşür. Bu səfər zamanı qardaşım kral Salman bin Abdel Əziz Əl Səudla, vəlihəd və müdafiə naziri ilə bir araya gələcəm. Daha sonra Küveytə səfər edərək əmir şeyx Sabah Əl Əhməd Əl Cabir Əs-Sabah , iyulun 24-də isə Qətərə səfər edərək əmir şeyx Tamim bin Həməd Əl Tani ilə danışıqlar aparacam. Qətər böhranın ilk günlərindən səbrli, rasional davranıb. Səfərimizin başda Qətər böhranı olmaqla, bölgəmiz üçün xeyirli olmasını arzu edirəm". 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08