Sabah yağış yağacaq, şimşək çaxacaq - HAVA PROQNOZU
Digər
23 İyul 2017 12:22

Sabah yağış yağacaq, şimşək çaxacaq - HAVA PROQNOZU


Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyulun 24-də gözlənilən hava şəraitini açıqlayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz  30-34° isti,

Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə sütununa  yüksələcək.  Nisbi rütubət  gecə 70-80%,  gündüz  45-55%  olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

           

 

Azərbaycanın rayonlarında da yağmursuz hava şəraiti gözlənilir. Lakin axşam və gecə əsasən bəzi şimal və qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir, intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13