Rusiyada avtobus ayağı qapıda qalan uşağı yol ilə sürüyüb
Dünya
23 İyul 2017 12:51

Rusiyada avtobus ayağı qapıda qalan uşağı yol ilə sürüyüb


Bakı. 23 iyul. REPORT.AZ/ Rusiyanın Norilsk şəhərində sərnişin avtobusu ayağı qapıda qalan dördyaşlı qızı yolda bir neçə metr özü ilə sürüyüb. Uşaq sıyrıntı və yaralarla xəstəxanaya çatdırılıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Krasnoyarsk vilayəti üzrə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.
Hadisə qız anası ilə avtobusa minən zaman baş verib. O, ayağını avtobusun pilləkəninə qoyan zaman qapılar bağlanıb və nəqliyyat vasitəsi yerindən tərpənib.
Sürücü avtobusu hadisə şahidlərinin onun ardınca qaçdığını gördükdən sonra saxlayıb.
Onun barəsində zərərçəkmişin sağlamlığına orta-ağır ziyan vurulması ilə nəticələnən yol hərəkəti qaydasının pozulmasına görə protokol tərtib olunub.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
İranda zəlzələ olub

İranda zəlzələ olub

18 Fevral 2018 10:41
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08