"Qarabağ" futbol klubunun ilk fan-şopu açılıb
İdman
23 İyul 2017 14:36

"Qarabağ" futbol klubunun ilk fan-şopu açılıb


Bakı. 23 iyul. REPORT.AZ/ Bu gün "Qarabağ" futbol klubunun ilk fan-şopunun açılış mərasimi keçirilib.
"Report"un məlumatına görə, Park Bulvar AVM-in ikinci mərtəbəsində baş tutan tədbirdə Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl, icraçı direktor Əmrah Çəlikəl, kapitan Rəşad Sadıqov, ispaniyalı futbolçu Dani Kintana, media nümayəndələri və azarkeşlər iştirak ediblər.
Açılış sözü ilə çıxış edən T.Gözəl bildirib ki, mərasimin Ağdamın işğal gününə təyin edilməsi təsadüfi deyil:
"Bir az əvvəl Şəhidlər xiyabanındaydıq. Ağdamın işğal günündə onları yad edib buraya gəldik. Xatırlayırsınızsa, bir neçə il öncə 23 iyul tarixində Norveçin "Rusenburq" komandasını məğlub edib, kədərimizi sevincə çevirmişdik. Bu gün də eyni şeyi etmək istəyirik. Buradakı hər şeyi normal qiymətə ala biləcəksiniz. Çox sevinirəm. Azərbaycana, "Qarabağ"a eşq olsun".
Daha sonra Tahir Gözəl, oğlu Merivan və Əmrah Çəlikəl rəmzi lenti kəsiblər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08