"Rusiya və Azərbaycan prezidentlərinin görüşü ikitərəfli münasibətlərin inkişafına fayda verəcək" - Deputat
Ölkə
23 İyul 2017 15:04

"Rusiya və Azərbaycan prezidentlərinin görüşü ikitərəfli münasibətlərin inkişafına fayda verəcək" - Deputat


Rusiya və Azərbaycan prezidentləri arasında keçirilən görüşlər ikitərəfli münasibətlərin inkişafına fayda verəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu millət vəkili Cavanşir Feyziyev Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin ötən gün Soçidə baş tutan görüşünü şərh edərkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycan və Rusiya prezidentləri arasında görüşlər mütəmadi xarakter alıb: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təşkil olunmuş Minsk qrupunun həmsədrlərindən əhəmiyyətli birisidir, regionda əsas güc sahibidir və Azərbaycan üçün də mühüm tərəfdaşdır. Bölgədəki münaqişələrin həlli istiqamətində Rusiya ilə daimi məsləhətləşmələr aparmaq da olduqca əhəmiyyətlidir. Eyni zamanda Rusiya özünü Sovet İttifaqının varisi hesab edir və bu səbəbdən kökü SSRİ dövrünə gedib çıxan münaqişələrin həllində də məsuliyyət daşımalıdır. Hesab edirəm ki, Rusiya əgər bu münaqişələrin həlli istiqamətində əhəmiyyətli addımlar atmaq istəsə, bölgədəki bu problemlər qısa vaxtda həllini tapar".

C.Feyziyev qeyd edib ki, bu gün Azərbaycan Rusiya ilə müstəqil qonşuluq siyasəti aparır: "Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, ən böyük qonşusudur. Hesab edirəm ki, Rusiya və Azərbaycan prezidentləri arasında keçirilən görüşlər ikitərəfli münasibətlərin inkişafına fayda verəcək".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

18 Yanvar 2018 02:32
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08