Tahir Gözəl: “Qarabağ” üçün hərbi rənglərdə forma hazırlanması ideyasını dəyərləndirmək olar"
İdman
23 İyul 2017 16:21

Tahir Gözəl: “Qarabağ” üçün hərbi rənglərdə forma hazırlanması ideyasını dəyərləndirmək olar"


Bakı. 23 iyul. REPORT.AZ/ "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun bu gün baş tutan fan-şopunun açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Brifinqdə "Report"un əməkdaşı da iştirak edib.
Əvvəlcə fan-şopla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- "Qarabağ" Azərbaycanı dünyaya tanıtdıran ən böyük klubdur. Fan-şopun açılışını Ağdamın işğal günündə etməyi özümüz istədik. Tədbirdən öncə şəhidlərimizi yad etdik və göstərdik ki, biz varıq, yaşayırıq. "Qarabağ" sevgisini ürəyimizdə yaşadıb, bütün dünyaya göstərəcəyik. Bizdən çox soruşurdular ki, forma və ya atributlar varmı? Artıq hər şeyi fan-şopdan əldə edə biləcəklər. Klubumuza lazmlı bir mağaza olduğunu hesab edirəm. Bütün sevənlərimizi dəvət edirəm, gəlin, dəstək verin.
Qarşıda "Qarabağ"ı Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif"lə oyunlar gözləyir. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, "Şerif"lə matçlarımız var. Yeni transfer edilən futbolçularımız bizim üçün çox faydalı oldular. İnanıram ki, qarşıdakı matçlar da uğurlu nəticələr əldə edəcəyik. Ancaq "Şerif"lə çox çətin oyun olacaq.
Komandanın gücləndirilməsi davam edəcək?
- Hesab edirəm ki, komanda bugünkü formada hazırdır. Yeni gələn futbolçularımız çox effektli oldular. Qısa müddətdə yeni transferlərin olacağına inanmıram. Çünki onların dəvət olunması, uyğunlaşması üçün zaman lazımdır.
“Qarabağ”ın döyüş bölgəsini təmsil etməsini nəzərə alsaq, komanda üçün hərbi rənglərdə forma hazırlanması mümkündür?
- Formaların dizaynı ilə məşğul olan insanlar var. Bu da bir ideyadır, dəyərləndirmək olar. Həm də hərbi geyim son vaxtlar dəbə düşüb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13