Üzünüzdəki “ölüm üçbucağı” - Kimlər təhlükədədir?
Maraqlı
23 İyul 2017 17:14

Üzünüzdəki “ölüm üçbucağı” - Kimlər təhlükədədir?


İnsanların çoxu üzlərində gördükləri hər sızanağı sıxır və partladır. Ancaq bunu üzünüzdəki "ölüm üçbucağı" adlanan bölgədə də tətbiq etsəniz, həyatınızı təhlükəyə atarsınız.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, "ölüm üçbucağı" ağız kənarlarından burun körpüsünə qədər olan bölgəni əhatə edir. Bu bölgədəki qan damarları başın arxa tərəfində beyinə aid əsas damarlarla birləşir. Burada yaranan hər hansı bir infeksiya baş ağrısına, görmə qabiliyyətinin itirilməsinə, iflicə, hətta ölümə səbəb ola bilir.
Burun və bığ bölgəsindəki qılları təmizləmək, bu bölgədəki sızanaq və civzələri sıxmaq sağlamlığı təhlükəyə atır. Eyni zamanda bu bölgəyə estetik müdaxilə etdirmək də olduqca təhlükəlidir.
Bu bölgədə bakteriyaların dəri altına keçib qana qarışmasının qarşısını almaq üçün bir neçə qaydaya əməl etmək lazımdır.
1. Burnunuzdakı qabıq verən bölgələri təmiz salfetlə təmizləyin.
2. Üzünüzdəki sızanaqları sıxmayın.
3. Üzünüzün bu bölgəsində baş verən kəsiklər, yaralar üçün dərhal tədbir görün.
4. Burun kənarlarınının quruyub yara olmaması üçün həmin bölgəyə vazelin çəkin.
5. Burun qıllarını dartaraq qoparmaq əvəzinə təmizləmək üçün xüsusi alətlərdən istifadə edin.
6. Üzünüzə pirsinq etdirməyin.
Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08