"Qarabağ"ın ilk fan-şopu açıldı
İdman
23 İyul 2017 18:28

"Qarabağ"ın ilk fan-şopu açıldı


Bu gün "Qarabağ" futbol klubunun ilk fan-şopunun açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Park Bulvar AVM-in ikinci mərtəbəsində baş tutan tədbirdə Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl, icraçı direktor Əmrah Çəlikəl, kapitan Rəşad Sadıqov, ispaniyalı futbolçu Dani Kintana, media nümayəndələri və azarkeşlər iştirak ediblər.

Açılış sözü ilə çıxış edən T.Gözəl bildirib ki, mərasimin Ağdamın işğal gününə təyin edilməsi təsadüfi deyil:

"Bir az əvvəl Şəhidlər xiyabanındaydıq. Ağdamın işğal günündə onları yad edib buraya gəldik. Xatırlayırsınızsa, bir neçə il öncə 23 iyul tarixində Norveçin "Rusenburq" komandasını məğlub edib, kədərimizi sevincə çevirmişdik. Bu gün də eyni şeyi etmək istəyirik. Buradakı hər şeyi normal qiymətə ala biləcəksiniz. Çox sevinirəm. Azərbaycana, "Qarabağ"a eşq olsun".

Daha sonra Tahir Gözəl, oğlu Merivan və Əmrah Çəlikəl rəmzi lenti kəsiblər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13