Belə də olur: Nənə öz nəvəsini dünyaya gətirdi - FOTO
Maraqlı
23 İyul 2017 18:54

Belə də olur: Nənə öz nəvəsini dünyaya gətirdi - FOTO


48 yaşlı ana qızının övladını dünyaya gətirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 14 yaşında "Küster Hauser" sindromu diaqnozu qoyulan Maddienin uşaqlığı yetərincə formalaşmadığı üçün heç vaxt uşaq sahibi olmayacaqdı.
Həmin gün xəstəxanadan ağlayaraq çıxan qıza anası Meqan bir söz verib. Nə vaxtsa Maddie uşaq sahibi olmaq istəsə, anası Meqan qızının körpəsini özü doğacaq.
 
48 yaşlı Meqan 10 il sonra qızına verdiyi sözə əməl edib.
 
Maddie 23 yaşında müayinə olunan zaman həkim ona uşaqlığının yerində xoşxassəli şiş olduğunu deyib və şişi kəsib götürməzdən əvvəl yumurtalıqlarını çıxarıb dondurmağı tövsiyə edib.
 
Övlad sahibi olmaq qərarına gələn Maddienin yumurtaları ilə nişanlısı Tylerin spermaları süni yolla mayalandırılaraq Meqanın uşaqlığına yerləşdirilib. Beləliklə, surroqat ana olan nənə öz nəvəsini dünyaya gətirib.

Milli.Az










loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13