Əfqanıstanda azı 34 "Taliban" üzvü məhv edilib
Dünya
23 İyul 2017 19:44

Əfqanıstanda azı 34 "Taliban" üzvü məhv edilib


Əfqanıstanda "Taliban" terror qruplaşmasının azı 34 "Taliban" üzvü məhv edilib, 30-u isə yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Əfqanıstanın Kandaqar əyalətində təhlükəsizlik qüvvələri və "Taliban" üzvləri arasında baş verən toqquşmada 15 "Taliban" üzvü öldürülüb, 20-si isə yaralanıb. Bundan əlavə, 4 polis həlak olub, 6-sı isə yaralanıb.

Məlumata əsasən, Mayvand rayonunda isə toqquşma nəticəsində "Taliban"ın yerli komandirlərindən biri daxil olmaqla 6 üzvü məhv edilib.

Bundan əlavə, Əfqanıstan HHQ-nin Xan Abad rayonunda "Taliban"a endirdiyi hava zərbəsi nəticəsində qruplaşmanın 13 üzvü məhv edilib, 3-ü yaralanıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08