Çoxallahlıq hansı dəlillərlə inkar olunur?
Ölkə
23 İyul 2017 20:04

Çoxallahlıq hansı dəlillərlə inkar olunur?


İslam çoxallahlığın bariz nümunəsi olan bütpərəstlik mühitində zühur etdi. İnsanlarınzaman-zaman etiqad etdiyi bütləri qırıb Allahın birliyinə inam yaratmaq, yalnız əsaslı dəlillər vasitəsi ilə mümkün idi. İslam məntiq və dəlillərləbu inamı yarada bildi.

Qurani-kərimdə buyurulur: "Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı, onların ikisi də pozulardı"[1]. Dünyanın obyektiv nizamlı quruluşu, Allahın birliyinə ən yetərli dəlillərdəndir.

Milli.Az ixlas.az-a istinadən bildirir ki, müşriklər bu dəlil qarşısında"tanrılar bir-birinə zidd olmasa, dünyanın nizamı pozulmaz", dedilər. İslam onlara belə cavab verdi: fərq və ziddiyyətidoğuran çoxluqdur. Fərdlərinoxşarlığı eyniyyət deyil və oxşarlıq ziddiyyəti azaltsa da, tam aradan qaldıra bilməz.

Bir kafir imam Sadiqdən (ə) soruşdu: "Allah necədir?". İmam (ə) buyurdu: "Bir halda ki, yaranış nizamlıdır, ulduzlar səmada öz yolu ilə gedir, bu həmahənglikyaradanın birliyinə dəlildir"[2].

Qurani-kərim tərslik edib kainatın nizamını Allahın birliyinə dəlil qəbul etməyənlərə "dəlilinizi gətirin"[3] deyir.

Əhli-beyt (ə) hədislərində məntiqə əsaslananbelə bir cavabla da rastlaşırıq: "Allahdan başqa tanrı olsaydı, o da öz peyğəmbərlərini göndərərdi. Hansı ki, bütün peyğəmbərlər bir Allah tərəfindən göndərildiklərini bildirmişlər".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13