Əfqanıstanda 21 yaraqlı məhv edilib
Dünya
23 İyul 2017 20:11

Əfqanıstanda 21 yaraqlı məhv edilib


Bakı. 23 iyul. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində "Taliban" radikal hərəkatının nümayəndələri ilə təhlükəsizlik qüvvələri arasında baş verən iki toqquşma nəticəsində ən azı 21 yaraqlı öldürülüb, daha 20-si yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Sinxua" agentliyinə yerli polisin mətbuat katibi Ziya Durani məlumat verib.
O bildirib ki, yaraqlılar şənbə günü axşam Neş rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
"Polis əməkdaşları taliblərlə döyüşə giriblər. Atışma nəticəsində 15 yaraqlını zərərsizləşdirmək mümkün olub, daha 20-si yaralanıb. Toqquşmalarda 4 polis ölüb, 6-sı yaralanıb", - deyə o qeyd edib.
Polis nümayəndəsi əlavə edib ki, əfqan xüsusi təyinatlı qüvvələri qonşu Mayvand rayonunda əməliyyat aparıblar. Nəticədə 6 yaraqlı, o cümldən Mayvand Xan kimi tanınan yerli "Talib" liderlərindən biri öldürülüb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08