300-dən çox ailənin yaşadığı binaya isti su verilmir - VİDEO
Ölkə
23 İyul 2017 20:14

300-dən çox ailənin yaşadığı binaya isti su verilmir - VİDEO


Bakının Xətai rayonunda 303 ailənin yaşadığı binaya isti suyun verilməsi dayandırılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  söhbət Xətai rayon, Ayaz İsmayılov 35C ünvanında yerləşən yaşayış binasından gedir. Sakinlərin sözlərinə görə, hər ay vaxtı-vaxtında ''Azəristiliktəchizat''a isti suyun verilməsinə görə ödənişlər edilib. Buna baxmayaraq, artıq 10 gündür binaya isti suyun verilməsi dayandırılıb.
Səbəbini soruşanda isə bildirilib ki, mavi yanacağın dayandırılmasına səbəb həmin qazanxananın "Azəriqaz"a 83 min manat borcunun yaranmasıdır.
Sakinlər isə hazırda isti su sarıdan əziyyət çəkirlər.
Aylıq yaranan borclarını vaxtında ödəyən sakinlər problemlərinin ən qısa zamanda həll edilməsini istəyirlər.
''Azəristiliktəchizat'' Açıq Səhmdar Cəmiyyəti də həmin yaşayış binasının sakinlərinin quruma borcunun olmadığını təsdiqlədi. Bildirildi ki, bina sakinləri mütəmadi olaraq öz borclarını ödəyiblər. Həmin qazanxananın qaz təchizatının dayandırılmasına səbəb ''Azəristiliktəchizat''ın ''Azəriqaz''a uzun illərdən bəri yığılıb qalan ümumi borcunun olmasıdır. Qurumun hazırda "Azəriqaz"a olan borcu ödəməyə imkanı çatmır. Problemin həll edilməsi üçün müvafiq qurumlara müraciətlər edilib. Araşdırma aparılacaq və qısa zamanda tədbir görüləcək.
"Azərqaz"dan isə bildirildi ki, qazanxananın qaz təchizatının dayandırılmasına səbəb qurumlar arasında yaranan ümumi borc məsələsinə görə yox, sırf həmin qazanxananın "Azəriqaz"a olan borcuna görədir. Qazanxanaya mavi yanacaq ''Azəristiliktəchizat'' tərəfindən borc ödənildikdən sonra veriləcək.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08