Bakı-Qazax yolunda eyni anda üç qəza baş verib, 5 nəfər yaralanıb
Ölkə
23 İyul 2017 21:06

Bakı-Qazax yolunda eyni anda üç qəza baş verib, 5 nəfər yaralanıb


Yevlax. 23 iyul. REPORT.AZ/ Axşam saatlarında Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, əvvəlcə "99-LF-265" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil digər bir maşınla toqquşub. Onların arxasınca gələn "20-CE-897" dövlət qeydiyyat nişanlı "Kamaz" markalı yük maşını isə qəzadan yayınmaq istəyərkən idarəetməni itirib və yol kənarına çıxaraq aşıb.
Maşının yük yerində olan qum ətrafa dağılıb. Hadisənin baş verdiyi zaman yolun sağ tərəfində hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobilin sürücüsünün diqqəti qəzada olduğundan o da qarşıdakı "Lada" markalı avtomobilə çırpılıb və yoldan çıxıb.
Bildirilir ki, üçüncü qəza "Lada"nın sürücüsünün də diqqətinin sol tərəfdə baş vermiş avtomobil qəzasında olduğundan sürəti azaltması səbəbindən baş verib. "Lada" markalı avtomobildəkilər musiqiçi olublar və şənlik evinə gedirlərmiş.
Qəza zamanı "Kamaz"ın sürücüsü ağır, digər avtomobillərin sürücüləri və 2 sərnişin isə yüngül xəsarət alıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08