"Yalnız azərbaycanlılar kişi çıxdı, məni işə götürdülər" - Layma Vaykule
Dünya
23 İyul 2017 23:04

"Yalnız azərbaycanlılar kişi çıxdı, məni işə götürdülər" - Layma Vaykule


Yurmalada Layma Vaykulenin üçüncü "Laima. Jurmala. Rendez-vous" festivalı başlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, festivalın, Laymanın özünün dediyi kimi, "Yeni dalğa" ilə heç bir bağlılığı yoxdur, bununla belə, formatına görə sələfini xatırladır.

Layma - həmişə zövqün, stilin, gözəlliyin və zərifliyin simvoludur. Ona görə də Yurmala Duması, Latviyanın böyük biznesmenləri, bank, mülk şirkətləri, bir neçə böyük beynəlxalq, həmçinin Azərbaycan kanalı onu həvəslə dəstəkləyiblər.

Məşhur konsert zalı "Dzintari" bu dəfə dünyanın 11 ölkəsindən yığışacaq 70 artisti qoynuna alacaq. Layma müsabiqə yox, bayram təşkil edir. "Laymanın görüşü" ilə sələfinin arasındakı fərq də məhz bundadır.

Mətbuat konfransında ev sahibəsi kimi yalnız Layma Vaykule iştirak etmirdi. Dünya operasının, bütün postsovet məkanının və Latviyanın bir neçə ulduzu da orada olublar.

Vaxtının azlığına baxmayaraq, Layma virtualaz.org-un suallarına məmnuniyyətlə cavab verib:

- Layma, Siz Yurmalanın soyuq yayından dərhal sonra dərhal Bakıya - "İsti-2017" festivalına uçursunuz. Siz "Azkonsert"də işləmisiniz, Azərbaycanın əməkdar atristisiniz. Siz ora necə gedəcəksiniz: öz evinizə, doğma şəhərə gedən kimi, yoxsa bu Sizin üçün hər halda yad şəhərdir?

- Mən Bakıya həqiqətən məmnuniyyətlə gedirəm. Mən "Azkonsert"ə, hansı ki, bir çox illər işləmişəm, çox minnətdaram,. Axı mən məşhur olanda ora mənim birinci iş yerim olub - məni ora işə qəbul etdilər. Heç kim məni işə götürməyə cəsarət etmirdi, ancaq azərbaycanlılar kişi çıxdılar və məni işə götürdülər. Hələ bu harasıdır? Bir dəfə necə oldusa, biz Raymond Paulsla Moskvada birgə konsertlər verəsi olduq. Azərbaycandan, "Azkonsert"dən mənə hər axşam qucaq dolu ətirli güllər göndərirdilər. Üstəlik meyvələr və hər şey. Bizim konsert 14 gün çəkdi və bu hər gün təkrar olundu. Mən Raymonddan soruşdum: "Siz Riqadan belə bir şeylər almısınızmı?". "Yox, heç vaxt",-deyə maestro cavab verdi.

Buna görə mən çox minnətdaram. Mən həqiqətən sanki öz evimə gedirəm. Amma bu tam belə də ola bilməz. Bizdə - latışlarda qəbul edilmiş belə bir qayda var: özünü evindəki kimi hiss et, amma onu da unutma ki, sən qonaqsan. Mən məhz bu hisslərlə gedirəm. Mənim yaxşı əhatəm var. Çünki mən Azərbaycanda çoxlarını yaxşı tanıyıram. Buna görə də məmnuniyyətlə gedirəm.

- Bəs nə ifa edəcəksiniz?

- Mən solo mahnısı ifa edəcəyəm, amma hansını, hələ dəqiqləşdirməmişəm. Bu həm də Yurmala festivalından sonra əhvalımızın necə olacağından asılı olacaq.

- Təşəkkür! Bakıda görüşənədək!

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08