Xəzərdə 37 yaşlı kişi batdı
Digər
23 İyul 2017 23:32

Xəzərdə 37 yaşlı kişi batdı


Bu gün Xəzər dənizində 1 nəfər batıb, 2 nəfər xilas edilib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Abşeron rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2 nəfəri xilas edib, digər 1 nəfərin, 1980-ci təvəlüdlü Səmədov Ruslan Ağahəsən oğlunun cəsədini dənizin sahilindən aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:20-də başa çatıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08