Necə edək ki, qabaran keks çökməsin? - MƏSLƏHƏT
Qadın dünyası
24 İyul 2017 7:04

Necə edək ki, qabaran keks çökməsin? - MƏSLƏHƏT


Keks hər nə qədər asan və qısa zamanda hazırlanan bir ləzzətli qida olaraq bilinsə də, nəticəsi həmişə uğurlu alınmaya bilər. Milli.Az ailem.az-a istinadən bildirir ki, sobadaykən yaxşı köpmüş və möhtəşəm görünən keksinizə yenidən açıb baxarkən çökə bilər. Ancaq asan yollarla əhvalınızı korlayan bu halın qarşısını ala bilərsiniz. Ləzzətli və yaxşı köpən kekslər bişirmək istəyirsinizsə, təqdim edilən məsləhətinə əməl edin.

Keksinizi sobadan çökmüş şəkildə çıxartmaq istəmirsinizsə, keks bişirərkən yumurtanın ağını ayırın. İstifadə edəcəyiniz şəkər tozunun yarısını köpüklənənə qədər yumurtanın ağı ilə çalın. Qalan yarısını isə sarısı ilə çalın. Köpük halındakı yumurtanı bütün ərzaqları əlavə etdikdən sonra qarışdıraraq qaba tökün.

Hazırladığınız keks xəmirini qaba töküb, sobaya qoymazdan əvvəl təxminən 20 dəqiqə kənarda saxlayın.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08