Natavandan gəlinliyini tənqid edənlərə CAVAB
Digər
24 İyul 2017 9:37

Natavandan gəlinliyini tənqid edənlərə CAVAB


Reper Səid (Dado) Əliyevlə yenicə ailə quran müğənni Natavan Həbibi gəlinlik libasını tənqid edənlərə cavab verib. 
 
Lent.az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçi dəbdənkənar hesab olunan gəlinliyi haqda aqressiv münasibət bildirənlərə xəbərdarlıq edib: 
 
“Mən sizə salam verəndə, cavab olaraq sadəcə salam verin. Hörmət əlaməti olaraq “şərh” bölməsini bağlamıram. Amma bu, o demək deyil ki, burda olan bəzi “dünya moda sənayesinin münsifləri” öz tənqidi fikirlərini bildirməyə başlamalıdır. Bilə-bilə ki, danışdıqları neqativ sözlər heç kimə maraqlı deyil. Sizi heç nə narahat eləməsin. Hər halda biz də az-çox bilirik, nə var, nə yox. Son zamanlar nədənsə sosial şəbəkələrdə aqressiv şərhlər yaman çoxalıb. Məncə, bu, heç kimə xeyir gətirməz. Mehriban, anlayışlı olaq, bir az dünyagörüşümüzü inkişaf etdirək. Öz həyatımızla məşğul olaq. Onda kimisə müzakirə etməyə vaxtımız qalmaz. Hamınıza gözəl həyat arzulayıram. O qədər gözəl olsun ki, başqasının həyatı yadınıza düşməsin. Sevin və sevilin...”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08