Şəbnəm Tovuzlu yol qaydalarını mahnı oxuya-oxuya pozdu - VİDEO
Ölkə
24 İyul 2017 10:34

Şəbnəm Tovuzlu yol qaydalarını mahnı oxuya-oxuya pozdu - VİDEO


Müğənni Şəbnəm Tovuzlu yenə gündəmdədir. Bu dəfə də sənəti ilə yox, kobud qayda pozuntusu ilə.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, müğənni özü İnstagram-da video paylaşaraq avtomobildə mahnı oxuduğunu nümayiş etdirib. Hadisə baş verən vaxt avtomobili başqa bir xanım idarə edib. Onların hər ikisi təhlükəsizlik kəmərindən istifadə etməyib. Üstəlik, Şəbnəm Tovuzlu video çəkərkən sürücünün diqqətini yayındırıb. İnzibati Xətalar Məcəlləsinə görə, sükan arxasında olan sürücünün diqqətini yayındırmaq 40 manat cərimə ilə nəticələnə bilər. Bundan əlavə, Şəbnəm Tovuzlu sərnişin qismində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün 30 manat cərimə olunmalıdır.

Cərimələr bir yana, onun bu hərəkəti olduqca təhlükəlidir. Sürücünün diqqətini yayındırdığı üçün hər an qəza baş verə bilər. Elə buna görə də, sosial şəbəkələrdə yayılan bu videoya belə şərhlər yazılıb: "Vaxtınız olanda yola da baxın ki, kimisə bədbəxt eləməyin".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəbnəm Tovuzlu yol qaydalarını mahnı oxuya-oxuya pozdu

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13