ABŞ səfirliyi: Azərbaycan sərhədlərinin etibarlı qorunması mühümdür
Ölkə
24 İyul 2017 11:11

ABŞ səfirliyi: Azərbaycan sərhədlərinin etibarlı qorunması mühümdür


Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan yük daşınması sahəsində mühüm ölkə olduğu üçün sərhədlərinin etibarlı qorunması da mühüm məsələdir. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müavin vəzifəsini icra edən Uilyam Solley "Pasportların yoxlanılması proseduru üzrə" metodik vəsaitin ikinci nəşrinin təqdimatı ilə bağlı tədbirdə deyib.
Uilyam Solley qeyd edib ki, 25-illik əməkdaşlıq ərzində ABŞ Azərbaycan dövlətçiliyi və rifahının inkişafını dəstəkləyib və dəstəkləməkdə davam edir. Onun sözlərinə görə, on minlərlə azərbaycanlı ABŞ-ın humanitar yardımından yararlanıblar.
O, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Azərbaycan Dövlət Sərhəd Xidməti ilə birgə həyata keçirilən layihə çərçivəsində "Pasportların yoxlanılması proseduru üzrə" metodik vəsaitin dərc olunmasının əhəmiyyətini qeyd edib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08