Onu zorlayan oğlana məcburi ərə gedən 16 yaşlı qızın qisası ağır oldu - FOTO
Dünya
24 İyul 2017 11:24

Onu zorlayan oğlana məcburi ərə gedən 16 yaşlı qızın qisası ağır oldu - FOTO


Mübahisədən sonra üç aylıq həyat yoldaşını öldürən 16 yaşlı gəlinin təcavüzə uğradığı üçün evlənmək məcburiyyətində qaldığı məlum olub. 

Milli.Az Sabah-a istinadən xəbər verir ki, ötən gün 16 yaşlı gəlin Tuğçe E. -nin, 18 yaşlı həyat yoldaşı Osman Kalenderi tapançayla öldürdüyü hadisəylə əlaqədar detallar ortaya çıxıb. İddiaya görə, Osman Kalender Facebook vasitəsi ilə tanış olduğu Tuğçe E. ilə yoldaşlıq etməyə başlayıb. Bir müddət sonra da aldadıb, təcavüz edib. Hadisənin ortaya çıxmasından sonra, hər iki tərəfin ailələrinin də istəyiylə 2 apreldə ailə həyatı qurublar. Yaşı az olduğu üçün dini nikahla evlənmək məcburiyyətində qalan Tuğçe E. onu zorlayanı heç cür qəbul edə bilməyincə cütlük arasında mübahisələr başlayıb. Maddi durumun aşağı olması da hər keçən gün mübahisəyə əlavə zəmin yaradıb. Buna görə də 16 yaşlı gəlin 1 ay əvvəl yoldaşını tərk edərək ailəsinin yanına dönüb.

Ayrılmaq istəməyən Osman Kalender isə yoldaşını geri dönməyə razı salmaq istəyib. Bundan sonra cütlük danışmaq üçün Kalenderin evində görüşüb. Ancaq qısa müddət sonra aralarında yenidən mübahisə baş verib. Böyüyən mübahisənin ardından yanında gətirdiyi sənədsiz tapançanı çıxaran Tuğçe E. Osman Kalenderə atəş açıb. Təcili yardıma zəng edən Tuğçe E. hadisə yerindən qaçıb. Bu vaxt atasına zəng edən Tuğçe E. "Osmanı öldürdüm" , - deyib. Evə gələn təcili yardım briqadası, Osman Kalenderin cəsədini tapınca polisə zəng edərək xəbər veriblər. Dərhal hərəkətə keçən polis qrupları Tuğçe E.-ni tutublar.

Tuğçe E. -nin anası Leyla E. polisə verdiyi ifadədə "Qızım təlaşla evə gəldi və çantasındakı tapançanı çıxarıb göstərərək Osmanı vurduğunu söylədi. Özünə və başqasına zərər verməməsi üçün tapançanı və evdəki ov tüfəngini bir yaxınımızın evinə qoyduq. Qızımı, Osmanın təcavüzə uğradığı üçün onunla evləndirmək məcburiyyətində qalmışdıq. Osman ayrılmalarına baxmayaraq qızımı rahat buraxmadı", - deyib. Ata Keramettin E. isə qızının hadisədən sonra ona zəng edərək "Ata, mən Osmanı öldürdüm" deyib.

İstintaq əmliyyatının tamamlanmasının ardından prokurorluğa sövq edilən gəlin həbs olunub. 

Məhəmməd Vaqif

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08