Bakıda bibisi oğlunu qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Ölkə
24 İyul 2017 11:51

Bakıda bibisi oğlunu qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib


Bakı. 24 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Cavidan Seyfullayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası baş çatıb.
“Report”un məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, C.Seyfullayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, cinayət hadisəsi ötən il mayın 8-də Xətai rayonunda baş verib. Rayonun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş C.Seyfullayev tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Seyfullayev 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, qətlə yetirilmiş M.Nurullayev C.Seyfullayevin bibisi oğludur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 yanvar

Astroloji proqnoz - 22 yanvar

22 Yanvar 2018 00:08
Astroloji proqnoz - 21 yanvar

Astroloji proqnoz - 21 yanvar

21 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08