Azərbaycanlı ailəsi Rusiyada faciəvi şəkildə öldü
Ölkə
24 İyul 2017 11:54

Azərbaycanlı ailəsi Rusiyada faciəvi şəkildə öldü


Rusiyanın Krasnoyarsk diyarında baş verən yanğında azərbaycanlı ailə həlak olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iyulun 24-də yerli vaxtla saat 01.35-də Suxobuzimsk qəsəbəsinin yaxınlığındakı tikilidə yanğın baş verib.
 
Yanğın nəticəsində ailənin başçısı üç oğlu və bir qızı ilə birlikdə yanaraq ölüb.
 
Evin daha bir oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
Hadisənin səbəbi araşdırılır.
 
Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov APA-ya bildirib ki, yanğın zamanı ölənlərin hamısı azərbaycanlıdır.
 
Yanğın nəticəsində ailənin başçısı, əslən Tovuz rayonundan olan 37 yaşlı kişi, onun 3, 6 və 10 yaşında üç oğlu, 1 yaşında qızı yanaraq ölüb, 14 yaşında oğlu isə xəstəxanaya yerləşdirilib.
 
Yanğın baş verən vaxt ana evdə olmayıb.
 
Hadisənin səbəbləri, ölənlərin və xəsarət alanın kimliyi müəyyənləşdirilir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08