"Türkiyənin ərəb dünyasına təsiri azaldılır"
Dünya
24 İyul 2017 12:02

"Türkiyənin ərəb dünyasına təsiri azaldılır"


Misirdə Aralıq dənizi sahilində İsgəndəriyyənin qərbində yerləşən Al-Hamam şəhərində “Məhəmməd Nacib” hərbi bazasının açılış mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, mərasimdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ərəb və digər ölkələrin rəsmi şəxsləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak ediblər. Misirin ilk prezidentinin şərəfinə adlandırılan “Məhəmməd Nacib” hərbi bazası Yaxın Şərq və Afrikada ən böyük hərbi bazadır.

Bazanın ərazisində mindən çox tikili, o cümlədən kazarma, zabit heyəti üçün yaşayış binası, idman obyektləri, hərbi təlim meydançaları var. Bazada hərbi texnika, o cümlədən yüzlərlə tank, vertolyot, kater, hava hücumundan müdafiə sistemi yerləşdirilib.

“Misir hərbi gücünü bərpa etməyə çalışır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov deyib.

“I Dünya müharibəsindən sonra əhalisinin sayına, iqtisadi gücü və militarist siyasətinə görə Misir Ərəb Respublikası elan olunandan sonra Ərəb dünyasının flaqmanı kimi gündəmə gəlmişdi. Həmin dövrün geosiyasi gücə malik dövlətləri olan ABŞ və SSRİ Misiri öz təsir dairəsinə salmağa çalışırdı. Camal Əbdül Nasirin hakimiyyət illərində Misir SSRİ yönümlü dövlətə çevrilmişdi. Həmin dövrdə Azərbaycanın bir çox şərqşünasları tərcüməçi kimi Misirdə fəaliyyət göstərirdi. Ənvər Sədatın hakimiyyət illərində isə Misir ABŞ yönümlü siyasi fəaliyyət göstərməyə başladı. Misir faktiki olaraq, ərəb dünyasının hərbi sənaye kompleks baxımından flaqman dövləti sayılırdı. Son illər, xüsusilə də Hüsnü Mübarəkin hakimiyyət illərinin sonunda isə Misir əvvəlki gücünü itirməyə başladı. Lakin hazırda Misirə əvvəlki gücünü bərpa etmək üçün şərait yaradılır. Bu isə Türkiyənin ərəb dünyasına təsirinin azaldılmasına xidmət edir”.

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13