"Qızlarımız Amerikaya köçüb, ər axtarışına çıxırlar" - Günel Hümbətova
Ölkə
24 İyul 2017 12:14

"Qızlarımız Amerikaya köçüb, ər axtarışına çıxırlar" - Günel Hümbətova


Amerikaya köçərək orada ailə həyatı quran aparıcı Günel Hümbətova şəxsi həyatındakı qəfil hadisələr qədər sosial şəbəkədə etdiyi son paylaşımı ilə yenidən təəccübləndirib.

Milli.Az xəbər verir ki, cazibədar aparıcı həyat yoldaşı Firuz Soliyevlə tanış olmasından yazdığı paylaşımda bəzi maraqlı məqamlara da toxunub.

Günel Hümbətovanın sözügedən paylaşımını təqdim edirik:

"Doğmalarım. Qismət...Josy dünyaya gəlməliymiş, Firuzu tanımalıymışam. Okeanın o tayında öz də. Film kadrları kimi gözümün önündən keçir hər yaşadığımız an... Amerikaya kursa getmişdim. Əslində heç Amerikaya da getməyəcəkdim. İstəyirdim radio DJ-liyi üzrə təcrübə kurslarına yazılım. Fikrimdə Avropa ölkələri var idi. Onlayn axtarış verdim ,qarşıma xarici ölkələrə dil kurslarına göndərən şirkətin saytı çıxdı. Şərtlərini çox bəyəndiyim üçün poçt ünvanlarına yazıb dərhal görüş təyin etdim. Sənədlər, viza, işdən arayış, icazə bla bla bla... Gəldim çıxdım Nyu-Yorka və tale onu qarşıma çıxartdı. 1 ay sonra Bakıya qayıtdım və o mənə bir neçə həftə sonra surpriz etdi. Məni görmək üçün heç vaxt olmadığı şəhərə işdən 3 günlük icazə alıb 12 saatlıq yolu qət etdi. Bunu deməyimdə məqsəd odur ki, bu həqiqi hisslər üzərində heç bir çal-çağırsız qurulan ailədir. Həyatımdakı bu dəyişikliklə bəzi gənc qızlara stimul vermişəm. Bir neçəsi Amerikaya köçüb dərhal ər axtarışına çıxırlar . Məni araşdırıb həyatımda baş verənləri təkrarlamağa çalışırlar. Hər yerdə qulağım var. Sözüm onlaradır ki, ilk növbədə özünüzü tapın, sonra qismətinizdəki ər çıxacaq qarşınıza. Məni tanıyanlar bilir, ailə quracaq ən son insan idim. Taa ki, tale qarşıma onu çıxarana kimi".

Təhməz Təkin

Milli.Az



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13