Keysəriyyə kəsiyi əməliyyat edilənlərin yarıdan çoxu təkrar bu əməliyyatı etdirənlərdir
Ölkə
24 İyul 2017 12:24

Keysəriyyə kəsiyi əməliyyat edilənlərin yarıdan çoxu təkrar bu əməliyyatı etdirənlərdir


"Keysəriyyə kəsiyi əməliyyat edilənlərin yarıdan çoxu təkrar bu əməliyyatı etdirənlərdir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Mamalıq və Ginekologiya İnstitutunun baş həkim əvəzi Hicran Kazımova deyib.

Onun sözlərinə görə, institut əsaslı təmir işlərindən sonra bu il martın 27-də yenidən istifadəyə verilib. Həmin müddətdən başlayaraq, Bakı şəhəri və regionlardan müxtəlif risk qruplarına daxil olan hamilələr qəbul edilib. Bu günə qədər 393 normal doğuş, 53 vaxtından əvvəl doğuş olub. Bu müddət ərzində ana ölümü faktı olmayıb.

H.Kazımova qeyd edib ki, vaxtından əvvəl doğuşlar əsasən yaşı 35-dən çox olan qadınlar arasında olur. Belə doğuşlarla müraciət edənlər daha çox həkim müayinəsinə vaxtında müraciət etməyənlər, preeklamsiya diaqnozu qoyulanlardır.

Mama-ginekologiya şöbəsinin müdiri Kəmalə Heydərova deyib ki, bu müddət ərzində 850 qram çəki ilə vaxtından əvvəl doğulan uşaq 1800 qrama çatdırılaraq evə buraxılıb. Hazırda həm ana, həm də uşağın vəziyyəti normaldır. Bu xəstəxanaya daha ağır xəstələr müraciət etdiyindən və institut daha yüksək səviyyəli doğuşayardım müəssisəsi olduğundan burada keysəriyyə kəsiyi əməliyyatı göstəricisi çox olur: "Ancaq institut olaraq, biz fizioloji doğuşa üstünlük veririk. Tibbi göstərişlər olduqda hamiləni əməliyyata götürməyə məcbur oluruq - xəstədə yüksək təzyiq olduqda, preklamsiya olduqda. Lakin qadının istəyi əməliyyata göstəriş deyil".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08