Bakıda "Pasportların yoxlanılması proseduru üzrə" metodik vəsaitin təqdimatı keçirilib
Ölkə
24 İyul 2017 12:26

Bakıda "Pasportların yoxlanılması proseduru üzrə" metodik vəsaitin təqdimatı keçirilib


Bakı. 24 iyul. REPORT.AZ/ Bakıda ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Azərbaycan Dövlət Sərhəd Xidməti ilə birgə həyata keçirilən layihə çərçivəsində "Pasportların yoxlanılması proseduru üzrə" metodik vəsaitin ikinci nəşrinin təqdimatı keçirilib.
"Report"un məlumatına görə, DSX-nın beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Murad Nağıyev çıxış edərək "Azərbaycanda inteqrə edilmiş sərhəd idarəçiliyi üzrə milli potensialın artırılması" layihəsindən danışıb. Qeyd olunub ki, bu vəsait həmin layihə çərçivəsində nəşr edilib. O, həmçinin bildirib ki, bu layihə çərçivəsində 50-dən çox sərhədçi müvafiq treninqlərdən keçib.
Miqrasiya üzrə beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Serhan Aktoprak bu cür vəsaitlərin dərc olunmasının, xüsusilə hazırda müşahidə olunan kütləvi miqrasiyası fonunda vacibliyini qeyd edib.
Sonra vəsait haqqında ətraflı məlumatlar verilib. Bildirilib ki, kitab 200 tirajla Azərbaycan dilində nəşr olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08