Vite-prezident rüşvətlə SOCAR-a işə düzəlmək istəyənlərə YOL GÖSTƏRDİ
Ölkə
24 İyul 2017 13:03

Vite-prezident rüşvətlə SOCAR-a işə düzəlmək istəyənlərə YOL GÖSTƏRDİ


“SOCAR-da işə qəbul olunmaq üçün heç bir vasitə axtarmaq, qohum axtarmaq, tanış tapmaq lazım deyil. Yetər ki, elan olunmuş vakansiya şərtlərinə uyğun biliyin, bacarığın olsun və müsahibə zamanı bildiyini tam təqdim edə biləsən. Bu qədər sadə, bu qədər asan və tam şəffaf”.

Publika.az xəbər verir ki, bu sözləri SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov sosial şəbəkədəki hesabında paylaşıb.

X.Məmmədov həmçinin bu üsulla işə düzəlmək istəyənlərə müraciət edib: “Amma hardansa bir dələduzu tapıb, onun şirin dilinə aldanıb varını yoxunu SOCAR-a işə düzələcəyəm deyə vermək mümkün deyil və necə də olmur. Sonra da yazırlar ki, aldanmışam, evimi yıxmışam, borc almışam. Daha nələr yazmırlar, ürək ağrısız oxumaq olmur. Əlbətdə, aidiyyəti üzrə həmin məktubları hüquq mühafizə orqanlarına göndəririk. Çox vaxt dələduzlar məsuliyyətə cəlb olunurlar, amma zərər çəkmiş insanların haqqları qaytarılırmı? Bəs əsəb gərginliyi, itirilmiş vaxt, vəsait, nüfuz? Hələ öz məqsədlərinə çatmaq üçün bu dələduzlar həyasızcasına təmiz, vicdanlı, zehmətkeş və ictimaiyyətdə nüfuz sahibi olan vəzifəli şəxslərin adına xələl gətirəcək yollara da əl atırlar. İnsanları aldatmaq üçün “filankəsin qohumuyam”, “filankəsin qonşusuyam”, “filan vəzifəli şəxsin kəndçisiyəm” kimi yalana inanmazdan qabaq soruşan yoxdur ki, sən o filankəsin vasitəsi ilə bir adamı işə düzəldə bilmisən? Odur ki, aldadan cinayət törədir, aldanan da günahsız deyilmiş”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

18 Yanvar 2018 02:32
Bakıda banka SİLAHLI BASQIN

Bakıda banka SİLAHLI BASQIN

18 Yanvar 2018 15:43
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08