"Soçi görüşü Azərbaycan-Rusiya əməkdaşlığında böyük perspektivlərin olmasına işarədir"
Ölkə
24 İyul 2017 13:34

"Soçi görüşü Azərbaycan-Rusiya əməkdaşlığında böyük perspektivlərin olmasına işarədir"


"Prezident İlham Əliyevin Rusiyaya səfəri və ölkə prezidenti Vladimir Putinlə Soçidəki görüşü Rusiya-Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyini təsdiqləməklə, əməkdaşlığın çox böyük perspektivlərinin olmasına işarədir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, görüşdə çox mühüm məsələlər müzakirə olundu: "Bu müzakirələrin predmeti təkcə ikitərəfli münasibətlər deyil, eyni zamanda regionda yaranmış mürəkkəb geosiyasi vəziyyət və bu vəziyyətin qlobal konteksdən qiymətləndirilməsi idi. Təsadüfi deyil ki, görüşə başlayan zaman Vladimir Putin məhz bu məsələləri önə çəkərək Rusiya ilə Azərbaycan arasında münasibətlərin gələcək perspektivlərindən və inkişafından danışdı. Rusiya ilə Azərbaycan münasibətlərinin tarixi kökləri var və hazırda bu münasibətlər regional təhlükəsizliyin təminatçısıdır. Nəzərə alsaq ki, bu təhlükəsizlik sadəcə siyasi müstəvidə təmin olunmur, eyni zamanda hər iki ölkə böyük layihələrin birgə müəllifi olmaqla, yeni nəqliyyat dəhlizi, yeni iqtisadi münasibətlər, yeni təhlükəsizlik və enerji şərtləri formalaşdırır, o zaman prezidentlər arasında bu görüşün nə qədər əhəmiyyətli olduğunu anlamaq olar".

H.Babaoğlunun fikrincə, görüşün nəticəsi o oldu ki, Rusiya-Azərbaycan münasibətlərinin perspektivlərinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olundu: "İki ölkənin münasibətləri bütövlükdə regiondakı münasibətlərin keyfiyyətinə təsir göstərir. Eyni zamanda, bu ölkələrin iqtisadi münasibətlərinin yaratdığı yeni şərtlər bütövlükdə regionun iqtisadi münasibətlərinə yeni keyfiyyət gətirir və regionun təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Əsas məsələlərdən biri də odur ki, bu görüş məhz ayrı-ayrı ekspertlərin və ermənipərəst dairələrin yaratdığı dezinformasiya zamanında baş tutdu. Son günlərdə informasiya məkanında Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlanması və yaxşı perspektivlərin olmaması ilə bağlı fikirlər səslənirdi. Lakin görüşdən sonra bəlli oldu ki, bu şayiələr Azərbaycan və Rusiyanı sevməyən qüvvələr tərəfindən informasiya məkanına ötürülür və bu fikirlərin əsası yoxdur. Heç şübhəsiz ki, ən ümdə məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı məsələlərin müzakirə edilməsi idi. Rusiya prezidenti bu məsələyə toxunaraq bildirdi ki, əlbəttə ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəyik. Düşünürəm ki, bu görüş Rusiya-Azərbaycan münasibətlərinin yeni mərhələsini yaratmaqla, hər iki dövlətin maraqlarına xidmət edir".

Qeyd edək ki, iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08