Xaçmazda maşın yoldan çıxaraq aşdı: Yaralılar var
Ölkə
24 İyul 2017 13:34

Xaçmazda maşın yoldan çıxaraq aşdı: Yaralılar var


Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Hülövlü kəndi ərazisindən keçən hissəsində baş verib. "VAZ  21011" markalı avtomaşın idarəetməni itirərək yoldan çıxaraq aşıb.

Qəza nəticəsində maşında olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Qalağan kənd sakinləri, 1951-ci il təvəllüdlü Məmmədov Hümbət Məmmədəli oğlu, 1955-ci  il təvəllüdlü İsayev Qaflan Aslan oğlu, 1981-ci il təvəllüdlü Hafizova Mətanət Nurəddin qızı və rayonun Keymərəz kənd sakini, 1960-cı il təvəllüdlü Əzizov Zəbisultan Yunus oğludur.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13