Gürcüstan "Şahdəniz" hesabına 2 mlrd. dollar investisiya cəlb edib
İqtisadiyyat
24 İyul 2017 14:14

Gürcüstan "Şahdəniz" hesabına 2 mlrd. dollar investisiya cəlb edib


"Gürcüstanda istifadə olunan enerji daşıyıcılarının 70%-dən çoxu qonşu ölkələrdən idxal olunur".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu RİA "Novosti" agentliyinə müsahibəsində Gürcüstanın yeni energetika naziri İlya Eloşvili bildirib.

Onun sözlərinə görə, bu, olduqca böyük göstəricidir və ölkənin enerji təhlükəsizliyi baxımından müsbət sayıla bilməz: "Ölkənin enerji təhlükəsizliyinin təmin olunmasının formulu olduqca sadədir: ölkə logistika və qonşularla, habelə qaz və elektrik enerjisi almaq imkanı olan ölkələrlə infrastruktur əlaqələri baxımından çox çevik olmalıdır. Ən əsası, ölkənin elektrik stansiyaları inkişaf etməli və enerji effektivliyi təmin olunmalıdır. Gürcüstanın energetikası inkişaf etməkdə və yenilənməkdədir. Biz bərpa olunan enerji mənbələrinin inkişafına olduqca böyük əhəmiyyət veririk. İndiki durumda ən optimal variant hidroelektrik stansiyaların tikintisidir. Son üç ildə ölkə ərazisində 18 bu cür stansiya tikilib, onlarla stansiya isə tikilməkdədir".
 
Nazir deyib ki, son 5 il ərzində Gürcüstanın enerji sektorunda həyata keçirilən layihələrə 2,5 mlrd. dollar yatırılıb: "Bir şeyi qeyd edim ki, bu rəqəm özəlləşdirmə hesabına formalaşmayıb. Bununla yanaşı, larinin devalvasiyası investisiya mühitinə neqativ təsir edib. Ümumilikdə investisiya qoyuluşlarına nəzər salsaq məlum olur ki, 2 mlrd. dollarlıq "Şahdəniz" layihəsi və yeni elektrik xətlərinin tikintisi barədə ayrıca danışmaq lazımdır. Nəticədə bu sektora yatırılan investisiyaların həcmi 2,5 mlrd. dolları ötür".
 
Gürcüstan hökuməti ilə "Qazrpom" arasında imzalanan yeni qaz müqaviləsinin şərtlərindən danışan İ. Eloşvili deyib ki, şərtlər pisləşməyib: "Bizim opponentlərimiz tez-tez bəyan edirlər ki, bundan öncəki müqavilə daha əlverişli idi, lakin yenilənmiş sənəddə əlverişsiz şərtlə mövcuddur. Nəyəsə görə, hər zaman köhnə və yeni müqavilələr müqayisə olunur. Fərz edək ki, köhnə müqavilə həqiqətən yenisindən daha əlverişli idi. O zaman mən sual verirəm: niyə hər iki tərəf şərtləri əlverişsiz olan müqaviləyə imza atıblar? Uzun illərdir Gürcüstan üzərindən Ermənistana Rusiya qazı nəql olunur və bu nəqlin şərtləri müqavilədə öz əksini tapıb. Onlar beynəlxalq praktikada əksini tapmış qaydalara keçid üçün israr etdi. Rəsmi Tbilisi mövcud durumu və yeni müqavilənin imzalanmamasından yarana biləcək riskləri nəzərdən keçirdi və məhz bundan sonra yeni müqavilə imzalandı. Beləliklə, Ermənistana nəql olunan qazın tranzitinə görə monetar formada hesablaşma aparılır. Müqavilənin müddəti iki il təşkil edir. Bundan başqa, yeni müqavilənin hesabına biz Rusiya qazından asılılığımızı azaltdıq".
 
Müzakirələrin uzanmasının səbəbinə toxunan nazir qeyd edib ki, Gürcüstan hökuməti başqa ölkələrin praktikasını öyrənir, müzakirələr aparırdı: "Bu, adi danışıq prosesi idi. Hər kəs anlamalıdır ki, hər hansı emosiya və ya qarşıdurma olmayıb. Hər şey olduqca asandır: tərəflərdən biri tərəfdaşlıq və öz şərtlərini təklif edir, digər tərəf isə bunları nəzərdən keçirirdi və əməkdaşlığın davam etdirib-etdirilməməsini, alternativlərin mövcudluğunu araşdırırdı. Nəticədə hər iki tərəfi qane edən müqavilə imzalandı".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08