Bakıda Ukrayna Ticarət Evinin açılması məsələsi payızda müzakirə olunacaq
Ölkə
24 İyul 2017 14:41

Bakıda Ukrayna Ticarət Evinin açılması məsələsi payızda müzakirə olunacaq


Bakı. 24 iyul. REPORT.AZ/ "Azərbaycan və Ukrayna iqtisadi sahədə münasibətləri fəal inkişaf etdirir."
"Report"un məlumatına görə, bunu Ukrayna mətbuatına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə planlaşdırılan səfərini şərh edərkən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib.
"Hələlik konkret heç nə yoxdur, amma yəqin ki, bu, 2017-ci ilin ikinci yarısında baş tutacaq", - səfir deyib.
"Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi altında iqtisadi nümayəndə heyəti Kiyevdə səfərdə olub. Biz Azərbaycan Ticarət Evinin açılması barədə razılığa gəldik. Bu ideyanı reallaşdırmağa böyük arzu var, çünki, bu, ticarət dövriyyəsini və Ukraynaya ixracı artırmaq, həmçinin burada fəaliyyət göstərən şirkətləri koordinasiya etməyə imkan verəcək", - diplomat söyləyib.
Onun sözlərinə görə, öz növbəsində Ukrayna rəhbərliyi Azərbaycanda Ukraynanın Ticarət Evini açılması imkanlarını nəzərdən keçirməyi xahiş edib.
"Bir çox Ukrayna məhsulları İran və Orta Asiyaya tədarük olunmur. Azərbaycan bu proseslərə lobbiçilik edə və ya təkrar ticarətlə məşğul ola bilər. Bizim İranla tarixən yaxşı münasibətlərimiz var. İran ərazisində 35 milyon azərbaycanlı yaşayırlar. Biz Ukrayna məhsullarını nəqliyyat dəhlizlərimiz vasitəsilə İran və Orta Asiyaya tədarük edə bilərik", - səfir vurğulayıb.
O qeyd edib ki, bu məsələ, çox güman ki, payızda keçiriləcək hökumətlərarası komissiyanın növbəti iclasında müzakirə olunacaq: "Düşünürəm ki, müvafiq sənədlər imzalanacaq. Biz Ukrayna ilə hərtərəfli, faydalı münasibətlərin inkişafının tərəfdarıyıq."

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13