Bakıda “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin ilkin təlimatı və hakimlər kollegiyasının iclası keçirilib
Ölkə
24 İyul 2017 14:41

Bakıda “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin ilkin təlimatı və hakimlər kollegiyasının iclası keçirilib


Bakı. 24 iyul. REPORT.AZ/ Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin qaydaları, təhlükəsizlik və təşkilati məsələlərlə bağlı ilkin təlimat və hakimlər kollegiyasının iclası keçirilib.
Azərbaycan Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə müsabiqənin təsdiq olunmuş əsasnaməsinə yenidən baxılıb, əlavə dəyişikliklərin aparılması və təşkilati məsələlərlə bağlı tərəflərin təklifləri dinlənilib. Hakimlər heyətinin tərkibi dəqiqləşdirilib və epizodların keçiriləcəyi yerlərə baxışların keçirilmə vaxtları dəqiqləşdirilib.
Bildirilib ki, müsabiqə “Artilleriya atəşlərinin yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı”, həmçinin “Dəniz hazırlığı” üzrə yarışların keçirilməsi ilə üç mərhələdən ibarət olacaq.
“Dəniz kuboku - 2017” müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətdədir.




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13